Cümə axşamı , İyul 29 2021
Ana səhifə / İdman / “Qarabağ” xorvatiyalı futbolçu ilə razılığa gəldi

“Qarabağ” xorvatiyalı futbolçu ilə razılığa gəldi

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Qarabağ” daha bir futbolçusu ilə razılığa gəlib.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb.

30 yaşlı oyunçu “köhlən atlar”la 2 illik yeni sözləşməyə imza atıb. Klub yaxın vaxtlarda bunu rəsmən açıqlayacaq.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, daha əvvəl Azərbaycanda “Qəbələ”nin formasını geyinib.

Həmçinin oxuyun

Çempionlar Liqası: “Qalatasaray” yenə uduzub

Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqası ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi qitənin ən …