Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Qarabağ” xal itirdi

“Qarabağ” xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində növbəti oyun keçirilib. Lider “Qarabağ”la “Keşlə” görüşüb.

Qarşılaşmada hesabı 34-cü dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıblar. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Görüşün 57-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. “Keşlə” isə 17 xalla 7-ci pillədədir.

Həftənin açılış matçında “Kəpəz”lə “Zirə” qolsuz bərabərə qalıb. XXI tura aprelin 2-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” görüşləri ilə yekun vurulacaq.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …