Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / İdman / “Qarabağ” və “Neftçi”nin baş məşqçiləri dünya reytinqində

“Qarabağ” və “Neftçi”nin baş məşqçiləri dünya reytinqində

Futbol məşqçilərinin dünya reytinqi açıqlanıb.

Oxu.Az xəbər verir ki, hər həftə yenilənən reytinqin bu gün dərc olunan cədvəlində Azərbaycan Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.

Siyahıya daxil edilən yeganə azərbaycanlı məşqçi Qurban Qurbanov 1073 xalla 452-cidir.

Milli komandanın və “Qarabağ”ın çalışdırıcısı son bir həftədə üç pillə irəliləyib. 46 yaşlı mütəxəssisin əmsalı isə dəyişməz qalıb.

“Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin də “Top-1000”dədiRr. 123 xala malik mütəxəssis 968-ci yerdə qərarlaşıb. O, son həftədə səkkiz pillə irəliləyib. Bordin siyahıda yer alan italyan baş məşqçilər arasında ən sonda olanıdır.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15 160 xal.

Həmçinin oxuyun

Çempionlar Liqasında yeni mövsümün təqvimi açıqlandı

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün təqvimini açıqlayıb. “Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, …