Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / İdman / “Qarabağ” UEFA reytinqində “Fiorentina” və “Qalatasaray”ı geridə qoydu – Foto

“Qarabağ” UEFA reytinqində “Fiorentina” və “Qalatasaray”ı geridə qoydu – Foto

Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran “Qarabağ” 1000 reytinq xal qazanıb və Klubların UEFA reytinqində irəliləyib.
Yeniavaz.com xəbər verir ki, təmsilçimiz hazırda eyni xala malik olduğu (32,000) “Fənərbaxça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) 56-58-ci yerləri bölüşür. Digər göstəricilərə görə Şotlandiya təmsilçisini qabaqlayan “Qarabağ” hazırda siyahıda 57-cidir.

Qeyd edək ki, ötən həftə Ağdam təmsilçisi cədvəldə 59-60-cı yerləri bölüşürdü. “Köhlən atlar” sonuncu sıçrayışla “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) qabaqlayıb.
Onuda bildirək ki, siyahıya 143,000 reytinq xalı ilə İngiltərə nəhəngi “Maçester Siti” başçılıq edir.
Sonuncu yerdə isə 1000 xalla “Monz Calpe” (Cəbəllütariq) qərarlaşıb.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …