Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / “Qarabağ” səfərdə qələbə qazandı

“Qarabağ” səfərdə qələbə qazandı

Ötən gecə “Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.
Cari mövsümdə E qrupunda yer alan Ağdam təmsilçisi öncəki üç oyunda yenilgiyə üzülmüşdü. “Köhlən atlar” səfərdə “Sportinq”ə 0:2, Bakıda “Arsenal”a 0:3, “Vorskla”ya isə 0:1 hesabı ilə uduzmuşdu.
Son oyunda “Qarabağ”ı məğlub edən Poltava təmsilçisi isə səfərdə “Arsenal”a 2:4, evdə isə “Sportinq”ə 1:2 hesabı ilə məğlub olmuşdu. Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaqdı.
Xarakter göstərən Azərbaycan çempionu qrupdakı ilk zəfərini tək qolla qazanıb. Bununla ağdamlılar həm qolsuzluğa son qoyub, həm də növbəti mərhələylə bağlı azarkeşlərinin ürəyində ümid cücərdib.
Avropa Liqası
Qrup mərhələsi
E qrupu, IV tur
8 noyabr
Vorskla (Ukrayna) – Qarabağ (Azərbaycan) 0:1
Qol: Araz Abdullayev, 12 – pen.
Hakimlər: Sandro Şörer, Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder (İsveçrə).
Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (İsveçrə).
Hakim-inspektor: Edqar Ştaynborn (Almaniya).
UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka).
Aleksey Butovski adına stadion.
Vorskla: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacip Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoyets, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebyonok.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Sergeyçuk. 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakiv. 44. Ardin Dalku.
Baş məşqçi:Vasili Saçko.
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular:12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

1

Arsenal

3

3

0

0

8:2

9

2

Sportinq

3

2

0

1

4:2

6

3

Vorskla

3

1

0

2

4:6

3

4

Qarabağ

3

0

0

3

0:6

0

 

Həmçinin oxuyun

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb. İdman.biz xəbər verir ki, planetin 500 ən …