Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / “Qarabağ” Rusiya klubuna qalib gələ bilmədi – VİDEO

“Qarabağ” Rusiya klubuna qalib gələ bilmədi – VİDEO

Türkiyənin Antalya vilayətində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün ilk yoxlama oyununda Krasnodarın “Kuban” klubu ilə görüşüb.

Oyun 2:2 hesabı ilə heç-heçə yekunlaşıb. “Qarabağ”ın heyətində Əfran İsmayılov və Zaur Fərzəliyev fərqləniblər.

Oyunun birinci hissəsində Qurban Qurbanov əsas heyət oyunçularını meydançaya buraxıb, ikinci hissədə isə ehtiyat oyunçularına şans verib.

“Qarabağ” növbəti yoxlama oyununu yanvarın 20-də Polşanın “Lexiya” komandasına qasrşı keçirəcək.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …