Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Qarabağ” – “Roma” oyunu üçün yalnız 2 manatlıq biletlər qalıb –58 min bilet satılıb

“Qarabağ” – “Roma” oyunu üçün yalnız 2 manatlıq biletlər qalıb –58 min bilet satılıb

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. “Qaynarinfo” xəbər verir ki, ötən günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
Şatış məntəqələri
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
Qeyd edək ki, azarkeşlər qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın