Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İdman / “Qarabağ” – “Roma” matçının start heyətləri açıqlandı

“Qarabağ” – “Roma” matçının start heyətləri açıqlandı

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi İtaliyanın “Roma” klubunu qəbul edəcək.

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılıb.

Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.

 

Çempionlar Liqası

Qrup mərhələsi, 2-ci tur

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Artur Dias

Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares

Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro

Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)

***

Hər iki klubun heyətləri açıqlanıb.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

 

“Roma”: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson

Baş məşqçi: Eysebio Di Françesko

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …