Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Qarabağ” rəsmisi: “UEFA-ya müraciət etməyəcəyik, biz “Molde” deyilik”

“Qarabağ” rəsmisi: “UEFA-ya müraciət etməyəcəyik, biz “Molde” deyilik”

“Qarabağ” klubu Avropa Liqasının pley-off matçının neytral meydanda keçirilməsi üçün UEFA-ya müraciət etməyəcək.

Bu barədə “Report”a Azərbaycan təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib.

Ağdam komandası pley-off mərhələsində “Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

Əsgərovun sözlərinə görə, avrokubok mövsümü başlamamışdan öncə UEFA-ya göndərdikləri siyahıda Azərbaycanın hər bir ölkənin klubunu qəbul edə biləcəyi yazılıb: “Hansısa ölkə Azərbaycan komandasını qəbul edə bilmirsə, bu, başqa məsələdir. Amma hazırkı vəziyyətdə Polşa və Kosovo ilə bağlı belə hal yoxdur”.

Klub rəsmisi “Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibiniz Norveç “Molde”si kimi görüşün neytral meydanda keçirilməsi üçün UEFA-ya müraciət etmək istəyirsinizmi” sualına belə cavab verib: “Biz “Molde” deyilik”.

Əsgərov potensial rəqiblər barədə danışmaq istəmədiyini də vurğulayıb: “Bu barədə sentyabrın 24-də rəqib dəqiqləşdikdən sonra danışmaq olar”.

Qeyd edək ki, Avropa Liqasında pley-off matçları oktyabrın 1-də gerçəkləşəcək. “Qarabağ” püşkün nəticəsinə əsasən, matçını səfərdə keçirməlidir. Ölkə çempionu Kiprin Larnaka şəhərindəki Çempionlar Liqasının III təsnifat mərhələsinin matçında “Molde”yə penaltilər seriyasında uduzub. Görüş Bakıda keçirilməli olsa da, Norveç təmsilçisi geri dönüşdə 10 günlük karantinə alınacağını səbəb gətirərək, oyunun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib və yekunda müsbət cavab alıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …