Bazar , Yanvar 23 2022
Ana səhifə / İdman / “Qarabağ” rəhbərliyi “Marsel”ə görə UEFA-ya müraciət edəcək

“Qarabağ” rəhbərliyi “Marsel”ə görə UEFA-ya müraciət edəcək

“Qarabağ” rəhbərliyi Fransanın “Marsel” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off oyunları ilə əlaqədar UEFA-ya müraciət edəcək.

Bu barədə Azərbaycan klubunun baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
49 yaşlı mütəxəssis Avropa futbol qurumundan düzgünlük istəyəcəklərini bildirib. O,İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzduqları matçın 2-ci dəqiqəsində komandasının təmiz qolunun sayılmadığını xatırladıb. Qurbanovun sözlərinə görə, klub rəsmiləri UEFA rəhbərliyi ilə görüşə yollanaraq, bundan narazılığını bildirib: “Yenə də, şükürlər olsun ki, biz ardıcıl 8 ildir avrokuboklarda oynayırıq. Son oyunlarda bizə qarşı müəyyən şeylər oldu. Bunlar bizi daha da böyüdür. Kiprdə də təxribat olmuşdu və rəhbərlik bunu UEFA-ya bildirmişdi. Növbəti Kipr səfərində artıq təxribat demək olar ki, olmamışdı”.
Baş məşqçi “Marsel”i qarşıdakı günlərdə araşdıracaqlarını da diqqətə çatdırıb: “Düşünürük. Sadəcə, nə dərəcə alınacaq, bilmirəm. Yaydan bu yana danışıqlar apardığımız futbolçular var. Onların müqavilələrində nəsə dəyişiklik olsa, bir şeylər ola bilər.”.
Qurbanov aprelin 14-də tamamlanacaq 50 yaşına komandasından 1/4 final hədiyyə etməsini istəyib: “Mən yox, uşaqlar hədiyyə etsin (gülür). Qarşıda “Marsel”lə oyun var. Yaxşı oyun göstərmək istəyirik. Hələ vaxt var”.

Həmçinin oxuyun

Teymur Rəcəbov evləndi (FOTOLAR)

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbovla RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakovanın nikah …