Bazar , Noyabr 29 2020
Ana səhifə / İdman / “Qarabağ” Qazaxıstan klubuna qalib gəldi

“Qarabağ” Qazaxıstan klubuna qalib gəldi

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu növbəti yoxlama oyununda gücünü sınayıb.

Ağdam təmsilçisi Qazaxıstanın “Jetısu” komandası ilə qarşılaşıb. Görüş “Qarabağ”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Matçda vurulan yeganə qola Mahir Emreli imza atıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk yoxlama oyununda Rumıniyanın “Akedemika Klinçeni” klubu ilə heç-heçə (2:2) edib.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …