Bazar , Noyabr 29 2020
Ana səhifə / İdman / “Qarabağ” oyunundan sonra QALMAQAL: “Roma” 1300 bileti geri qaytardı

“Qarabağ” oyunundan sonra QALMAQAL: “Roma” 1300 bileti geri qaytardı

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşıb. Oyun “Roma” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyun bitsə də söz-söhbətlər davam edir. İki azarkeşə eyni biletin satılması və bu biletlə içəri daxil olmaları, stadionda 50 qəpiklik suların 3-4 manata satılması, nəqliyyat problemi…
Mia.az xəbər verir ki, bu məsələlərlə bağlı “Qarabağ” klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Unikal.org-a danışıb:
“Stadion ətarfında “qara-bazar”ın olması ilə bağlı biz də məlumat almışıq. Ola bilsin ki bir neçə nəfərin şəxsiyyət vəsiqəsi ilə alınıb, satılır. Əslində içəri daxil olan şəxslərin biletləri şəxsiyyət vəsiqəsi ilə birgə yoxlanılıb. Nəzarət də ciddi olub. Amma necə keçilib onu aydınlaşdırmağa çalışırıq.
İki nəfərə eyni biletin satılmasını da bilmişik. Bütün bu məsələlərlə bağlı müzakirələr olunur, yaxın zamanda bu barədə araşdırıb, açıqlama vercəyik”.
“O ki qaldı azarkeşlərin əllərin 500 ml-lik sularla içəri daxil ola bilməməsinə, bu barədə heç bir qadağa yoxdur. Bəzi əşyalarala içəri daxil olunmaz deyə stadionda plakat var. Amma yarım litirlik plastik su butulkalarına qadağa yoxdur. Həmin suların isə 3-4 manata satılmasından da xəbərim yoxdur. Düzdür, içəridə satış var idi. Azarkeşləri düşünərək bu addımı atmışıq. Qiymətlə bağlı məsələni də araşdıracağıq”.
Klub rəsmisi “Azarkeşlərin yolda qalmasına “Qarabağ”ın BNA-nə pul ödəməməsi səbəb olub” iddiasına da cavab verib:
“Bu barədə heç bir müzakirə olunmayıb. Həmçinin inanmıram ki, pul ödənmədiyi üçün azarkeşləri qarşı belə bir iş görsünlər”.
Nurlan İbrahimov həmçinin bildirib ki, “Roma” tərəfindən 1300-ə yaxın bilet geri qaytarılıb.

Həmçinin oxuyun

“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTO

Bu gün “Qarabağ” futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər zamanı klub …