Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, “Keşlə” uduzdu

“Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, “Keşlə” uduzdu

Bu gün Topaz Premyer Liqada 3-cü tura yekun vurulub.
Qol.az-ın xəbərinə görə, son oyun günündə iki görüş keçirilib. Günün ilk matçında “Keşlə” “Səbail”i qəbul edib və 1:2 hesabı ilə uduzub.
Turun son oyununda isə əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Neftçi” ilk pillədəki yerini qoruyub.
26 avqust (bazar)
20:30. “Qarabağ” – “Neftçi” – 1:1 
Qollar: Kvame Karikari, 28 (0:1), İnnosent Emeqara, 70 (1:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov
“Azersun Arena”
 
18:00. “Keşlə” – “Səbail” – 1:2
Qollar: Kevin Kupemba, 31 (0:1), 49 (0:2), Nikola Mitroviç, 76-pen (1:2)
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov
“ASK Arena”
25 avqust (şənbə)
Qəbələ” – “Sumqayıt” – 1:1
Qollar: Təmkin Xəlilzadə, 42-pen.(1:0), Yusif Nəbiyev, 90+2 (1:1)
Qırmızı vərəqə: Nicat Qurbanov, 76 (“Sumqayıt”)
“Zirə” – “Sabah” – 0:2
Qollar: Marko Deviç, 2, 30
Bombardirlər:
Marko Deviç (“Sabah”) -4 qol
Mahir Mədətov (“Qarabağ”) – 2 qol

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …