Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Qarabağ“ – “Molde“ matçını bu ölkədən olan hakimlər idarə edəcək

“Qarabağ“ – “Molde“ matçını bu ölkədən olan hakimlər idarə edəcək

UEFA “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”si ilə keçirəcəyi matç üçün növbəti təyinatları açıqlayıb.

Avropa futbol qurumu qarşılaşmaya hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprliləri təyin edib.

Hakim-inspektor Mixalis Arquru, UEFA nümayəndəsi isə Adonis Prokopyu olacaq. Larnaka şəhərindəki görüşü serbiyalı Scran Yovanoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …