Sosial şəbəkədə biz:
"Qarabağ" klubu dünya reytinqində 17 pillə irəliləyib
Xəbər Şəkli

"Qarabağ" klubu dünya reytinqində 17 pillə irəliləyib

12 November 2025, 16:18
İdman

"Qarabağ" klubu dünya reytinqində 17 pillə irəliləyərək 65-ci yerdə qərarlaşıb.

Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) noyabrın 11-də açıqladığı siyahıda əksini tapıb.

192/25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.

Azərbaycanın digər klublarından "Sabah" 296-cı mövqedən 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib.

502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.

Azərbaycanda da azarkeşləri olan Türkiyənin "Qalatasaray" klubu isə siyahıda 28-ci yeri tutur.

Hazırda UEFA Çempionlar Liqasında 36 klub arasında "Qalatsaray" 9 xalla 9-cu, "Qarabağ" isə 7 xalla 15-ci yeri tutur.