Ana səhifə / İdman / “Qarabağ” Fransa millisinin sabiq üzvünü transfer etdi (RƏSMİ)

“Qarabağ” Fransa millisinin sabiq üzvünü transfer etdi (RƏSMİ)

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” fransalı hücumçu Adama Diakabini transfer edib.
27 yaşlı forvardla 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, Adama Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, ölkəsinin “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …