Ana səhifə / İdman / “Qarabağ” Çexiya klubuna qalib gəldi

“Qarabağ” Çexiya klubuna qalib gəldi

“Qarabağ” komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb. Rəqib Çexiya “Bohemians”ı olub.

“Gloria Sports Arena”da təşkil olunan qarşılaşma Azərbaycan klubunun əzmkar qələbəsi ilə yekunlaşıb – 3:1.

Hesabı 24-cü dəqiqədə rəqib komandadan Yakub Nekas açıb. Lakin Filip Ozobiç 36, Donald Gerrye 62, Simeon Slavçev isə 90-cı dəqiqədə fərqlənərək fərqi “Qarabağ”ın xeyrinə dəyişiblər.

Qeyd edək ki, “Qarabağ” əvvəlki yoxlama oyununda Macarıstan “Uypeşt”inə uduzub – 0:1. Rumıniya “Botoşani”si ilə qarşılaşma isə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb. (Report)

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …