Ana səhifə / İdman / “Qarabağ” Avropada bunu bacaran yeganə klub oldu

“Qarabağ” Avropada bunu bacaran yeganə klub oldu

Ağdamın “Qarabağ” klubu Avropada milli çempionat səviyyəsində bütün görüşlərini qələbə ilə başa vuran yeganə kollektivə çevrilib.

 Premyer Liqanın 13-cü turu çərçivəsində “Kəpəz”i 3-1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri maksimum nəticə göstəriblər. Bunadək “Qarabağ” kimi milli çempionatda keçirdikləri bütün oyunları qələbə ilə başa vuran Yunanıstanın “Panatinaikos” və Lüksemburqun “Dudelanj” klubları son turda xal itkisi ilə üzləşiblər.

“Panatinaikos” Super Liqanın 11-ci turunda öz meydanında əzəli rəqibi “Olimpiakos”la 1:1 hesablı bərabərliyə qalaraq uğurlu seriyaya son qoyub. “Dudelanj” isə Lüksemburq Milli Liqasının 11-ci turunda öz meydanında “Svift” kollektivinə 0:4 hesabı ilə uduzub.

Beləliklə Ağdam təmsilçisi Avropa zonasında yerli çempionatda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran yeganə klubdur. “Qarabağ” çempionatda keçirdiyi 12 oyunun hamısını qələbə ilə başa vurub. Aktivində 36 xal olan “köhlən atlar” rəqib qapılarından 38 top keçiriblər. Öz qapısında 8 top görən “Qarabağ”ın ən yaxın izləyicisi “Sabah” klubudur. Murad Musayevin yetirmələri Qurban Qurbanovun kollektivindən bir oyun çox keçirərək 34 xal toplaya biliblər.

Həmçinin oxuyun

“Neftçi” azarkeşlərindən klub prezidentinə etiraz – “İstefa!”

Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” əzəli rəqibi “Qarabağ”a ağır məğlubiyyətə uğrayıb – 0:4.Azinforum.az xəbər verir …