Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Qarabağ”- “Atletiko” oyununa 20 min bilet satılıb

“Qarabağ”- “Atletiko” oyununa 20 min bilet satılıb

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko Madrid” ilə matça bilet satışı davam edir.

Qarşılaşmaya satılan biletlərin sayı artıq 20 minə çatıb.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyov küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ”-“Atletiko Madrid” matçı oktyabrın 18-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …