Şənbə , Yanvar 23 2021
Ana səhifə / İdman / “Qarabağ” 6 cavabsız qolla qalib gəldi

“Qarabağ” 6 cavabsız qolla qalib gəldi

Bu gün Topaz Premyer Liqasında XIV turun oyunları keçiriləcək.
 
II dövrənin son tur qarşılaşmalarının hamısı eyni günə təyin olunub.
Əvvəlcə debütant “Sabah” “Keşlə”ni qəbul edəcək. “Əlincə Arena”da təşkil olunacaq görüş keçmiş FIFA referisi Orxan Məmmədova həvalə olunub. Hazırda “Sabah” 17 xalla 4-cü, “Keşlə” 9 xalla sonuncu pillədə qərarlaşıb. Elşad Əhmədovun baş məşqçi olduğu komanda son 4 turda cəmi 1 xal qazana bilib. Onun rəqib həmkarı Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv isə son 2 turda uduzub. İlk dövrədə bu komandalar arasında keçirilmiş görüşdə “Sabah” səfərdə minimal hesabla qalib gəlib – 1:0. İndi isə debütant ilk dəfə rəqibini qəbul edəcək.
Digər görüş “Dalğa Arena”da “Zirə” və “Qarabağ” arasında təşkil olunacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Samir Abasovun baş məşqçi olduğu komanda ötən tur səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə edərək, sonuncu pillədən qurtulub. Hazırda qəsəbə təmsilçisi 10 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu isə son turlar qeyri-sabit çıxışına ötən tur “Keşlə”ni 5:1 hesabı ilə darmadağın etməklə son qoyub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 27 xalla 2-ci pillədə yer alıb.
Daha bir matçda “Səbail” “Qəbələ”ni sınağa çəkəcək. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırda 20 xalla 3-cü pillədə qərarlaşsa da, son 2 oyununda məğlubiyyətlə üzləşib. İkinci dövrədə nəticələrini nisbətən yaxınlaşdıran “Qəbələ” isə 16 xalla 5-cidir. Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə, 4-cü pilləyə yüksələ bilər. “Bayıl Arena”da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.
Nəhayət, turun son oyununda lider “Neftçi” “Sumqayıt”la qarşılaşacaq. “Bakcell Arena”da təşkil olunacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Flaqman 13 turdan sonra 32 xalla liderdir və ən yaxın izləyicisini 5 xal geridə qoyur. Ötən tur doğma meydana qayıdışını “Səbail” üzərində 1:0 hesablı qələbə ilə qeyd edən “gənclik şəhəri” təmsilçisi isə 14 xalla 6-cıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv qələbə qazansa, hətta 4-cü pilləyə yüksələ bilər. İlk dövrədə “Sumqayıt” 0:2 hesabı ilə uduzub.
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, XIV tur
9 dekabr
Sabah – Keşlə 1:2
Qollar: Elşən Abdullayev, 80 – Sərtan Taşqın, 34. Denis Silva, 65.
Sabah: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 10. Cavid İmamverdiyev (k), 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 15. Erik Ramos, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 22. Miloş Bosançiç, 27. Bəxtiyar Soltanov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Elvin Bədəlov, 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 8. Elşən Abdullayev, 14. Tural Qürbətov, 33. Eltun Turabov, 77. Şakir Seyidov, 88. Elçin Əsədov, 97. Emil Qasımov.
Baş məşqçi: Elşad Əhmədov.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Amil Yunanov, 17. Samir Məsimov, 22. Nikola Mitroviç, 31. Georgios Georgiadis, 33. Tərlan Quliyev, 80. Diallo Quydileye, 94. Seymur Əsədov.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 7. Vaqif Cavadov, 10. Ruslan Nəsirli, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 21. Herve Tçami, 23. Conatan Ayite, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 78. Elmir Rəhimzadə, 88. Məmməd Quliyev, 93. Edvinas Girdvainis.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
“Əlincə Arena”.
Zirə – Qarabağ 0:6
Qollar: Dani Kintana, 29; 34; 56. Mahir Mədətov, 42. Migel, 82. Adrian Skarlatake, 90+1-pen.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 9. Aleksandr Dedov, 11. Dilan Duvetru, 17. Vüsal İsgəndərli, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 77. Mirsahib Abbasov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seyidəhmədov, 4. Müşfiq İlyasov, 6. Vüqar Mustafayev, 10. Sadio Tounkara, 16. İbrahim Aslanlı, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Qerye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 8. Markos Madera, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
“Dalğa Arena”.
Səbail – Qəbələ 0:0
Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bayıl Arena”.
19.30 Neftçi – Sumqayıt 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Bakcell Arena”.

Həmçinin oxuyun

Avropa futbol çempionatı bu il keçirilə bilər, amma…

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, Tokio Yay Olimpiadası daha bir il təxirə …