Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İdman / “Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdu

“Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdu

Türkiyənin “Qalatasaray” klubunun vitse-prezidenti, azarkeşlərin sevimlisi olan Əbdürrəhim Albayrak koronavirusa yoluxub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qalatasaraylı idarəçinin analizləri bu gün müsbət nəticə verib.

Daha öncə nasazlığı səbəbiylə xəstəxanaya aparılan Ə.Albayrakın birinci təhlil nəticələri neqativ olsa da, təkrar yoxlanılma zamanı virusun mövcudluğu təsdiqlənib.

Hazırda karantinə alınan Əbdürrəhim Albayrak tərəfdarlara sosial media ilə mesaj göndərərək səhhətinin yaxşı olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, Əbdürrəhim Albayrakın xanımında da aparılan analiz müsbət sonuclanıb. İndi həkimlər onlarıın hər iksinin təmas edə biləcəyi yer və məkanları incələyirlər.

Əbdürrəhman Albayrak sonuncu dəfə ekranlarda Qalatasaray-Beşiktaş derbi oyununda görünmüşdü. Bilindiyi üzrə həmin oyun təhlükəsizlik səbəblərindən azarkeşsiz baş tutmuşdu.

Albayrakın oyun ərzində və sonra həm oyunçularla, həm də idarəçilərlə yaxın təmasda olması iki klubda da narahatlıq yaradıb.

Həmçinin oxuyun

“Qarabağ”ın dünyanın ən məhsuldar 10 klubu siyahısına düşməsinə 2 qolu çatmayıb

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb. Cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə …