Ana səhifə / İdman / “Qalatasaray”ın Prezidenti Azərbaycana təşəkkür etdi – FOTO

“Qalatasaray”ın Prezidenti Azərbaycana təşəkkür etdi – FOTO

Türkiyənin “Qalatasaray” klubunun Prezidenti Dursun Özbek Azərbaycana təşəkkür edib.
Bununla bağlı klubun rəsmi tviter hesabında paylaşım edilib.
“Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram”, – deyə məktubda bildirilib.
Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmçinin oxuyun

UEFA rəhbəri “Real Madrid” prezidentini irqçi və axmaq adlandırıb

UEFA prezidenti Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialeslə yazışarkən “Real Madrid”in …