Bazar ertəsi , May 23 2022
Ana səhifə / İdman / “Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə etdi, “Sevilya” qalib gəldi

“Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə etdi, “Sevilya” qalib gəldi

Avropa Liqasında 1/8 final mərhələsi davam edir. 

Belə ki, ikinci oyun günündə 5 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” isə “Barselona”nın qonağı olub və qolsuz bərabərə qalıb.

Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. “Spartak”ın əvəzinə isə “Leyptsiq” 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

21:45. “Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)  – 1:0

Qol: Haddadi, 60

00:00. “Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) – 3:0

Qollar: Tavernier, 11-pen, Morelos, 15, Baloqun, 51

00:00. “Braqa” (Portuqaliya) – “Monako” (Fransa) – 2:0

Qollar: Ruiz, 3, Oliveyra,89

00:00. “Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 3:2

Qollar: Malinovski, 23, Muriel, 25, 49 – Aranquiz, 11, Diabi, 63

00:00. “Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) – 0:0

Həmçinin oxuyun

Alim Nəbiyev Azərbaycan çempionu oldu

“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev Azərbaycan çempionu olub. “Qafqazinfo” xəbər verir ki, idmançı kikboksinq üzrə XXVI …