Şənbə , Fevral 24 2024
Ana səhifə / İdman / “Qalatasaray” rəsmisi Bakıya “Qarabağ”ın futbolçularına görə gəlib?

“Qalatasaray” rəsmisi Bakıya “Qarabağ”ın futbolçularına görə gəlib?

Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Səbail” – “Qarabağ” (1:2) matçını izləyənlər arasında Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergün də olub. 

Türkiyəli futbol funksionerinin Azərbaycana Ağdam klubunun futbolçuları Toral Bayramov və Elvin Cəfərquliyevə baxmağa görə gəldiyi ilə bağlı xəbərlər yayılıb.

Qafqazinfonun məlumatına görə, C.Ergünün gəliş səbəbi futbolçularla bağlı deyil. Belə ki, o, paytaxtımıza şəxsi işləri üçün gəlib.

Sadəcə, onun gəliş vaxtı sözügedən matça təsadüf etdiyindən, qarşılaşmanı da izləmək qərarına gəlib. 

Həmçinin oxuyun

Məşqçisi erməni olan azərbaycanlı çempion – FOTOLAR  

17-18 fevral tarixlərində İspaniyanın Fuenqirola şəhərində Avropa Kadet Kuboku keçirilib. Turnirdə 23 ölkədən 484 cüdoçu …