Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / “Qalatasaray” növbəti qələbəsini qazandı – VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazandı – VİDEO

Türkiyə Super Liqasında XXVII turun oyunları keçirilir.

Lider “Qalatasaray” “Adana Demirspor”u qəbul edib. Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə başa çatıb – 2:0.

İstanbul təmsilçisinə üç xal qazandıran qolları 86-cı dəqiqədə Fredrik Midtşö və 90+8-ci dəqiqədə penaltidən Nikolo Zaniolo vurublar. Qələbə sayəsində xallarını 64-ə çatdıran “Qalatasaray” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir. “Adana Demirspor” 49 xalla 4-cüdür. Oxu.az

https://baku.tv/embed/78095

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …