Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / İdman / “Qalatasaray” futbol klubunun prezidenti Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib

“Qalatasaray” futbol klubunun prezidenti Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə “Qalatasaray”ın prezidenti Dursun Özbek Azərbaycan Prezidenti İlham Əliyevə klubun formasını hədiyyə verib.

Dursun Özbek dövlət başçısına komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyununa baxıblar.

Matç “Qalatasaray” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.

Həmçinin oxuyun

Qurban Qurbanov Şeydayevi bağrına basdı, kövrəldi – Video

Xəbər verdiyimiz kimi, müqaviləsi başa çatan Ramil Şeydayev “Qarabağ”dan ayrılıb. Ötən gün mükafatlandırma mərasimində Şeydayev …