Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / “Qalatasaray” Fequlini satışa çıxardı

“Qalatasaray” Fequlini satışa çıxardı

Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Sofian Fequlini transferə çıxarıb.

Bunu Fransanın “Sent-Etyen” klubunun prezidenti Bernar Kayazzo deyib.

“Zamalek”in hücumçusu Mustafa Məhəmməd uğrunda mübarizədə İstanbul nəhənginə uduzduqlarını bildirən Kayazzo “cim-bom”un bir oyunçunu satışa çıxardığını söyləyib: “Mustafa Məhəmmədi heyətə qatmaq üçün “Qalatasaray” bir oyunçusunu satmaq məcburiyyətindədir. Onlar bu problemi yoluna qoymaq üçün Sofian Fequli üçün təkliflər gözləyirlər”.

Qeyd edək ki, Əlcəzair millisinin üzvü olan 32 yaşlı Fequli “Qalatasaray”a 2017-ci ildə İngiltərə təmsilçisi “Vest Hem”dən keçib.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …