Ana səhifə / İdman / “Qalatasaray” – “Fənərbağça” derbisinin vaxtı açıqlandı

“Qalatasaray” – “Fənərbağça” derbisinin vaxtı açıqlandı

Türkiyə Superliqasında 2020/2021 mövsümünün ilk 4 turunun təqvimi açıqlanıb.
“Report” xəbər verir ki, yeni çempionat sentyabrın 11-də “Fənərbağça” – “Rizespor” oyunu ilə başlayacaq.
Mövsümün ilk derbisi olan “Qalatasaray” – “Fənərbağça” matçının da vaxtı dəqiqləşib. III tur çərçivəsində keçiriləcək qarşılaşma sentyabrın 27-nə təyin olunub.
Qeyd edək ki, “Qalatasaray” UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə rəqib olub. Bu komandalar arasında oyun sentyabrın 17-də “Bakcell Arena”da təşkil olunacaq və saat 20:00-da başlayacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …