Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / İdman / “Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

İlk oyun günündə 7 qarşılaşma keçiriləcək.

Günün ilk iki matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Türkiyə çempionu “Qalatasaray” Litvada “Jalgiris”in, Norveç “Molde”si isə Finlandiyada HİK-in qonağı olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə Xorvatiyada Qazaxıstan “Astana”sını sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

25 iyul

20:00. “Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə)

20:00. HİK (Finlandiya) – “Molde” (Norveç)

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)

22:00. “Dnepr-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan)

22:30. “Servett” (İsveçrə) – “Genk” (Belçika)

23:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Slovan” (Slovakiya)

23:15. “Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka)

Qeyd edək ki, II təsnifat mərhələsinin digər 5 oyunu iyulun 26-da olacaq. Report

Həmçinin oxuyun

“Araz-Naxçıvan” “Zirə”yə qalib gəldi

Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub. Son oyun günündə iki matç keçirilib. …