Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Qalatasaray” “Başakşəhər”lə bacarmadı

“Qalatasaray” “Başakşəhər”lə bacarmadı

Türkiyə Superliqasında XVI turun oyunları keçirilir.

Çempionatın lideri “Başakşəhər” öz meydanında “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu oyundan sonra “Başakşəhər” xallarının sayını 34-ə yüksəldərək liderliyini qoruyub. “Qalatasaray” isə 26 xalla ikinci yerə yüksəlib.

Xatırladaq ki, komandalar indiyədək 22 dəfə qarşılaşıblar. Onlardan 7-də “Başakşəhər”, 11-də “Qalatasaray” qalib gəlib, 4 oyun isə heç-heçə başa çatıb. (Azvision.az)

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …