Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / İdman / Qadın güləşçilərimiz dünya çempionatında 8-ci oldu

Qadın güləşçilərimiz dünya çempionatında 8-ci oldu

Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan dünya çempionatında qadın güləşçilərin yarışına yekun vurulub.

Azvision.az xəbər verir ki, Azərbaycan millisi 48 xalla dünya çempionatında 8-ci olub. Millimizin heyətində Mariya Stadnik (50 kq) dünya çempionu olub. Elis Manolova (65 kq) isə yarışın bürünc medalını qazanıb.

Komanda hesabında Yaponiya 137 xalla birinci pillədə qərarlaşıb. Rusiya (108 xal) ikinci, ABŞ (105 xal) isə üçüncü olub.

Həmçinin oxuyun

“Beşiktaş”ın yeni prezidenti o oldu

Türkiyənin “Beşiktaş” klubunun yeni prezidenti müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən seçkilərdə Əhməd …