Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Qəzaya düşdüyü deyilən milli futbolçumuzla bağlı – Açıqlama

Qəzaya düşdüyü deyilən milli futbolçumuzla bağlı – Açıqlama

Millimizin sabiq qapıçısı Kamran Ağayevin avtomobil qəzası keçirməsi ilə bağlı xəbərlər yayılıb. Bu barədə futbolçu özü sosial şəbəkədə paylaşım edib. Hadisənin doğru olub-olmamadığını öyrənmək istəsək də, futbolçu zənglərimizi cavabsız qoyub.

Tanınmış qolkiper zənglərimizə cavab vermədiyi üçün onun yaxın dostu, futbolçu Ruslan Əmircanovla əlaqə saxladıq. Lakin “Yeni Sabah”a açıqlama verən R. Əmircanov xəbərləri təkzib edib:

“Yalan söhbətdir, elə bir şey yoxdur. Elə bir şey olsa, mənim də xəbərim olardı. Bilmirəm, Kamran bunu hansı məqsədlə paylaşıb. Ola bilsin ki elə-belə paylaşıb. Oradakı maşına baxın, o maşındakı qəzadan sağ insan çıxmaz, lakin bir tərədə də görüntüsünü paylaşıb və orada da hər şey qaydasındadır, sadəcə uzanıb”.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …