Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / “Qəbələ” “Neftçi”ni, “Qarabağ” “Səbail”i uddu

“Qəbələ” “Neftçi”ni, “Qarabağ” “Səbail”i uddu

Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib.
Qaynarinfo xəbər verir ki, UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədən sonra VIII tura başlayıb. İlk oyun günündə iki matç baş tutub.
Turun açılış, eyni zamanda mərkəzi görüşü Qəbələdə olub. Burada şəhərin eyniadlı təmsilçisi ilə “Neftçi” qarşılaşıb. Son illər çempionluq uğrunda mübarizə aparan meydan sahibləri bu mövsüm özlərinə bənzəmirlər. Komandanın ilk 7 turda cəmi 6 xal qazanması baş məşqçi Sənan Qurbanovun kreslosnu laxlatmışdı. “Neftçi” isə son illər mövsümə ən yaxşı başlanğıcını edib. İtaliyalı Roberto Bordinin rəhbərlik etdiyi kollektiv 19 xalla liderdi. “Ağ-qaralar” cari çempionatda “Qarabağ”la birgə “məğlubedilməzlər” ünvanını qorumaqda idi.
Lakin “Neftçi” mövsümün ilk məğlubiyyətini Qəbələdə alıb – 1:3. Ceyms Adeniyinin dubl etdiyi oyunda Stiven Monroz bir qol vurub. Özü də “Qələbə” 67-ci dəqiqədə Təmkin Xəlilzadəmeydandan qovulduğu üçün azlıqda oynamalı olub. “Neftçi” isə təsəlli qolunu 90+4-cü dəqiqədə vurub. Oyunun son dəqiqələrində Kvame Karikari fərqlənib. Bu “Qəbələ”nin 6 turdan sonra ilk qələbəsi olub.
“Qəbələ” və “Neftçi” indiyə qədər milli çempionatlarda 41 dəfə qarşılaşıb. Bunlardan 15-də əyalət təmsilçisi, 18-də paytaxt klubu qalib gəlib. Bakılılar ardıcıl 3 qələbə qazanıb və meydanı qolsuz tərk etməyib. “Qəbələ” son 5 ev oyununda qol sevinci yaşayıb. Komandalar arasında cari mövsümün ilk turunda baş tutan oyunda “Neftçi” qələbə qazanıb – 2:1.
Günün ikinci matçı çempion “Qarabağ”la “Səbail” arasında olub. Ehtiyatda bir oyunu olan “Qarabağ” Abdullah Zubirin vurduğu qolla minimal hesablı qələbə qazanıb. “Qarabağ” “Neftçi”dən bir oyun az keçirsə də, eyni xalla turnir cədvəlinin 1-2-ci pilləsini bölüşür. 10 xala malik “Səbail” isə “Sumqayıt” və “Sabah”la birgə 3-5-ci pillələri bölüşür.
Qeyd edək ki, tura sabah “Sumqayıt” – “Sabah” və “Keşlə” – “Zirə” oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, VIII tur
20 oktyabr
Qəbələ – Neftçi 3:1
Qollar: Ceyms Adeniyi, 14; 77. Stiven Monroz, 57 – Kvame Karikari, 90+4.
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 67.
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Sənan Qurbanov.
Səbail: 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 4. Enrike Perilyo, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 17. Elçin Rəhimov.
Baş məşqçi: Roberto Bordin.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Qəbələ şəhər stadionu.
Qarabağ – Səbail 1:0
Qol: Abdullah Zubir, 62.
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 4. Enrike Perilyo, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 17. Elçin Rəhimov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Azersun Arena”.

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

8

6

1

1

16:6

19

2

Qarabağ

7

6

1

0

14:4

19

3

Səbail

8

3

1

4

7:11

10

4

Sumqayıt

7

3

1

3

8:8

10

5

Sabah

7

3

1

3

5:8

10

6

Qəbələ

8

2

2

4

10:11

8

7

Zirə

7

1

1

5

6:13

4

8

Keşlə

6

0

2

4

5:10

2

Bombardirlər

Marko Deviç (Sabah) – 5. Baqali Dabo (Neftçi), İnnosent Emeqara (Qarabağ) – 4.

Qeyd

İntizam Komitəsinin qərarına əsasən IV turda “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …