Cümə , Aprel 12 2024
Ana səhifə / İdman / “Qələbə də qazana bilərdik” – Qurban Qurbanov

“Qələbə də qazana bilərdik” – Qurban Qurbanov

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün əsl futbol ab-havası var idi. Oyunçulara da minnətdarlığımı bildirirəm”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın “Bayer 04” klubu ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis görüşün sonlarında futbolçularda yorğunluğun hiss edildiyini bildirib:

“Qələbə də qazana bilərdik. Avropa ölkələrində rəhbərlər, futbolçular dəyişir, amma mexanizm davam edir. Bu önəmlidir. Bizim üçün asan deyil. Daha möhkəm olmaq üçün atacağımız addımlar vacibdir. Hər halda Almaniya futbolu bu gün bizdən öndədir. 10-15 ildən sonra hansısa nəticəni verə bilərik. Məncə ölkələri müqayisə etməyək, işimizi yaxşılaşdırmağa çalışaq”.

Baş məşqçi məyus olmadığını vurğulayıb:

“Səfərdəki matça daha ciddi hazırlaşmalıyıq. Oyunçuların daha sağlam və hazırlıqlı olması önəmlidir. Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək lazımdır. Haradasa bu səviyyəyə yaxınlaşa biləcəyik”.

Həmçinin oxuyun

İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib. Millimizin iki …