Cümə , Dekabr 4 2020
Ana səhifə / İdman / “Qəbələ” və “Neftçi” yenə qələbə sevinci yaşadı – VİDEO

“Qəbələ” və “Neftçi” yenə qələbə sevinci yaşadı – VİDEO

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Turun son günündə iki qarşılaşma baş tutub. “Qəbələ” “Zirə”ni , “Sabah”“Neftçi”-ni qəbul edib.
“Qəbələ” – “Zirə” qarşılaşmasında meydan sahibləri üç xal qazanıb. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər.
Paytaxt derbisində də maraqlı oyun nümayiş etdirilib. Ölkənin ən titullu klubu “Neftçi” debütant “Sabah”ın qonağı olub. Çempionluq mübarizəsi aparan “ağ-qaralar” yalnız rəqib azlıqda qaldıqdan sonra meydan sahiblərinin müqavimətini qırıb.
Qeyd edək ki, turun ilk günündə “Səbail” “Sumqayıt”ı 2:1, “Qarabağ” “Keşlə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.(oxu.az)

Həmçinin oxuyun

“Keşlə”də 10 futbolçuda koronavirus aşkarlandı

“Keşlə” klubunda 10 futbolçu koronavirusa yoluxub. “Report”un məlumatına görə, bu, sonuncu testlərdən sonra müəyyənləşib. Adları …