Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / İdman / “Problem bizdə yox, “Bayer”də idi” – Qurban Qurbanov

“Problem bizdə yox, “Bayer”də idi” – Qurban Qurbanov

“Çox yaxşı bir komandaya məğlub olduq. Mən bu komandanı sadəcə, təbrik edə bilərəm. Gözəl futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik”. 

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Bayer”ə 1:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. 

“Futbolçularım çox əziyyət çəkdilər. Rəqib topla çox yaxşı davranırdı. Bunu əvvəldən də görmüşdük. Bu gün bir daha şahid olduq ki, səviyyə fərqi var. Qısa olaraq deyim ki, problem bizdə deyildi, onlarda idi. Həddindən artıq çox yaxşı komandadır. Bütün xətlərdə ustalıq səviyyəsi aşağıda olan futbolçu yox idi. Bundan başqa, oyun sistemlərini də yaxşı yerinə yetirirdilər” – Qurbanov bildirib. 

Qurban Qurbanov “bu səviyyəyə çatmaq üçün nələr etmək lazımdır?” sualına isə belə cavab verib:

 “Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Bunu burada müzakirə etmək vaxtı deyil. Bunu öz ölkəmizdə etsək, daha yaxşı olar”. 

Həmçinin oxuyun

Milli ilə bağlı sual Qurban Qurbanovu ÖZÜNDƏN ÇIXARDI

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yığma komandada baş məşqçi dəyişikliyi ilə bağlı suallara cavab verib. …