Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Prezident tövsiyə etdi, futbolçu saqqal buraxdı

Prezident tövsiyə etdi, futbolçu saqqal buraxdı

“Trabzonspor”un forvardı Burak Yılmaz son bir həftə içində xarici görünüşünün dəyişikliyi ilə bağlı mediaya açıqlama verib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur futbolçu saqqallını uzatmasına barədə danışarkən deyib ki, saqqalını prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyəsi ilə uzadıb.

Burak Yılmaz bu barədə söz açarkən deyib:

“Həyatımda ilk dəfə saqqalı buraxdım. Mən həmişə saçımı qısa kəsirdim, bu mənim üslubum idi. Son zamanlarda hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qəbuluna getdiyimizdə “Saqqal sənə yaraşın, oğlum” dedi və mənə saqqalımı kəsməməyi məsləhət gördü. Mən bir az cür qalmasına qərar verdim. Sonra qızlarım dedilər: “Ata, saqqalıların çox gözəl, kəsmə”.  Belə qalddı. Bir az uzanınca adamın kəsməəy əli də gəlmir. Bəlkə bir gün kəsəcəm və ya uzadacam. Fərqi yoxdur”.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …