Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / İdman / Prezident Tokio-2020-də medal qazanan idmançı və məşqçilərinə mükafat ayırdı (MƏBLƏĞ)

Prezident Tokio-2020-də medal qazanan idmançı və məşqçilərinə mükafat ayırdı (MƏBLƏĞ)

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafat veriləcək.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …