Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Premyer Liqamızda lider dəyişdi

Premyer Liqamızda lider dəyişdi

Bu gün Azərbaycan Premyer Liqasında 20 günlük fasilə başa çatıb.

Klubların heyətində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmış 12-ci turun bütün oyunları bu gün keçirilib.

“Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Digər matçda “Sumqayıt” “Zirə” ilə heç-heçə edib – 2:2. “Səbail” isə səfərdə “Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “Neftçi” “Sabah”la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə “Neftçi” liderliyə yüksəlib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …