Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / İdman / Premyer Liqamız ilk yüzlükdə

Premyer Liqamız ilk yüzlükdə

Dünyanın ən güclü futbol liqalarının siyahısı bəlli olub. 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi ötən ilin 100 ən yaxşı çempionatını müəyyənləşdirib. Bu haqda qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, 10 illik fasilədən sonra İngiltərə Premyer Liqası yenidən dünyanın ən yaxşı milli çempionatı adına layiq görülüb. Təbii ki, İngiltərənin reytinqdə ilk pilləni qazanmasına səbəb “Liverpul”, “Tottenhem”, “Mançestr Siti” klublarının böyük payı var.

İkinci yerdə Braziliya “A” seriyası, üçüncü yerdə isə İspaniya “La Liqa”sıdır.

Türkiyə Superliqası siyahıda 28-ci yeri tutub.

Maraqlı məqamlardan biri də Afrika zonası üzrə birinci olan Tunis çempionatının dünyada 15-ci yeri tutmasıdır.

Artıq uzun müddətdir “Top-100″də yer alan Azərbaycan Premyer Liqası bu dəfə də adını cədvələ yazdırmağı bacarıb. Çempionatımız dünyanın 56-cü ən güclü liqasıdır. Ötən illə müqayisədə Premyer Liqamız 14 pillə irəliləyib.

Həmçinin oxuyun

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini …