Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Portu”nun müdafiəçisi millimizlə matçı buraxacaq

“Portu”nun müdafiəçisi millimizlə matçı buraxacaq

Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunu öncəsi daha bir itki ilə üzləşib.

“Report”un “A Bola” nəşrinə istinadən məlumatına görə, komandanın aparıcı futbolçusu Pepe zədə səbəbindən martın 24-dəki matçı buraxacaq.

Ölkə çempionatının XXIV turunun “Portimonense” ilə görüşündə (2:1) zədələnən 38 yaşlı müdafiəçi artıq heyətdən çıxarılıb. Onun əvəzinə yığmaya yerli “Sportinq”in oyunçusu Luiş Netu dəvət olunub.

Daha əvvəl “Vulverhempton”un qapıçısı Rui Patrisiu eyni səbəbdən millidən kənarlaşıdırılıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …