Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Polşa çempionu Mahir Emreli ilə ciddi danışıqlar aparır – İDDİA

Polşa çempionu Mahir Emreli ilə ciddi danışıqlar aparır – İDDİA

Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı bu dəfə də Polşanın “Leqiya” klubu ilə çəkilməyə başlanıb.

Bu barədə “Leqiya” fanklublarından birinin saytı yazıb.

Məlumata görə, sona üç tur qalmış çempionluğunu rəsmiləşdirmiş Varşava klubu cari mövsümün sonunda “Qarabağ”la müqaviləsi başa çatacaq 24 yaşlı hücumçu ilə ciddi danışıqlar aparır.

Xəbərdə Mahirin ötən ilin payızında Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Leqiya”ya 3:0 qalib gəldiyi matçın 63-cü dəqiqəsində meydana çıxdığı vurğulanıb.

Qeyd edək ki, Mahir Emrelini Türkiyə, Rusiya, Macarıstan və Portuqaliya klublarının da istədiyi mətbuatda daim yazılır. Onun adı daha əvvəl Polşanın “Zaqlembe” və “Visva” klubları ilə də çəkilib./Oxu.az

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …