Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / Polad Həşimovun xatirəsinə futbol turniri təşkil olundu — VİDEO

Polad Həşimovun xatirəsinə futbol turniri təşkil olundu — VİDEO

Gəncədə şəhid generalımız Polad Həşimovun xatirəsinə həsr olunan mini-futbol turniri keçirilib.


Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən mini-futbol turnirinin son günü final mərhələsinə yekun vurulub.


Turnirdə şəhərin müxtəlif idarə, müəssisə və təşkilatlarının həvəskar futbolçularından ibarət səkkiz komandası qüvvəsini sınayıb.


Oyunlar olimpiya sistemi üzrə təşkil olunub. Turnir başa çatdıqdan sonra mükafatlandırma mərasimi reallaşıb. İlk üç yeri tutan kollektivlə yanaşı, mütəxəssislərin rəyinə əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçuların da əməyi qiymətləndirilib.


Qalib komandaya kubok təqdim olunub və yarışların ənənəvi keçirilməsi qərara alınıb.


Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Həmçinin oxuyun

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları …