Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Oyundan əvvəl stadionunun tablolarında Əşrəfoğlunun şəkli əks olundu – FOTO

Oyundan əvvəl stadionunun tablolarında Əşrəfoğlunun şəkli əks olundu – FOTO

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi “Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl anılıb.

Belə ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.
Qeyd edək ki, “Qarabağ” – “Kayrat” oyunu bu gün saat 20:45-də başlanacaq.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …