Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Onları ömrümdən silməmişəm” – Rəşad Sadıqov

“Onları ömrümdən silməmişəm” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov gözlənilmədən futbolçuları Təmkin Xəlilzadə və İlkin Muradovun transferə çıxarılması məsələsinə münasibət bildirib.

Gənc çalışdırıcı qərarını belə izah edib:

“Yaxın müddətdə onların komandaya qaytarılması gözlənilmir. Amma gələcəkdə ola bilər ki, bir yerdə işləyək. Mən onları ömrümdən silməmişəm. Sadəcə, bu gün gedişat bunu tələb edirdi, mən də qərar vermişəm. Söhbət səhvin böyük və ya kiçikliyindən yox, davamiyyətindən gedir.

Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkün deyil. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra heç nə olmamış kimi evində istirahət edən futbolçu ambisiyalı ola bilməz”. Qafqazinfo

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …