Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / İdman / Olimpiadada medal qazanan boksçumuzun həyat yoldaşı: “Ürəyim ağrıyırdı, baxa bilmirdim”

Olimpiadada medal qazanan boksçumuzun həyat yoldaşı: “Ürəyim ağrıyırdı, baxa bilmirdim”

“Mənim üçün onun hansı medalı qazanması o qədər də fərq etmir. Əsas odur ki, sağ-salamat Bakıya qayıdacaq, heç bir zədəsi yoxdur. Üçüncü yer də böyük nəticədir”.
Bunu oxu.az-a Tokio Olimpiadasında bürünc medal qazanmış Azərbaycan boksçusu Loren Berto Alfonso Dominqesin həyat yoldaşı Nigar Alfonso Dominqes deyib.
“Onun keçirdiyi görüşlərə baxmışam. Amma onda da bəzən baxırdım, bəzən də gözümü ekrandan çəkirdim. Ürəyim ağrıyırdı, baxa bilmirdim.
Mənim boks anlayışım yoxdur. Amma düşünürəm ki, yarımfinalda Kubadan olan rəqibinə uduzması yorğunluqdan irəli gəlirdi. Dəqiq səbəbini bilmirəm. Özü ilə də danışmışam. Deyib ki, Bakıya gələcəyəm, ətraflı danışarıq. Mən də çox üstünə getmədim ki, daha da pis olmasın.
Bakıya gəldikdən sonra onunla hər hansısa plan qurmamışıq. Ancaq o, bununla dayanmayacaq, karyerasını davam etdirəcək, növbəti Olimpiadaya hazırlaşacaq”, – deyə Nigar Alfonso Dominqes deyib.
Qeyd edək ki, cütlük bu ilin əvvəlində evlənib. Onlar pandemiya səbəbindən toysuz ailə həyatı qurublar. Ancaq hər iki tərəf tezliklə toy etməyi də düşünür.

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …