Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Olimpiada-2024-ün ev sahibi bilinib

Olimpiada-2024-ün ev sahibi bilinib

2024-cü ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını qəbul edəcək ölkə müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən 135-ci sessiyasında verilib.

Yarışa ev sahibliyi etmək üçün namizədliyini verən yeganə ölkə olan Cənubi Koreya bu hüquqa yiyələnib. Onlar səsvermədə 79 nəfərin etimadını qazanıblar. İki nəfər bunun əleyhinə olubsa, 1 nəfər bitərəf olub.

Olimpiya Oyunları Kanvondo əyalətinin mərkəzi Pxençxanda keçiriləcək. Lakin Olimpiadanın dağ xizəyi üzrə yarışlarının qonşu ölkə – KXDR-ın ərazisində təşkil olunması mümkündür.

Qeyd edək ki, 2012-ci ildən keçirilən yeniyetmələrin qış olimpiya oyunları 4 ildən bir baş tutur. Bir gün öncə Lozannada 3-cü dəfə təşkil olunan analoji turnirin açılış mərasimi olub.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …