Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Neftçi“nin rəqibi məşhur futbolçunu transfer edir

“Neftçi“nin rəqibi məşhur futbolçunu transfer edir

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi olan Kiprin “Aris” klubu heyətini yeni oyunçu ilə gücləndirir.

Yenisabah.az Kiprin “Sportime” nəşrinə istinadən xəbər verir ki, Limasson təmsilçisi Jervinyonu transfer edir.

“Arsenal” və “Roma” kimi klublarda çıxış etmiş 35 yaşlı hücumçu sabah müqavilə bağlamaq üçün Limassola gedəcək.

Fil Dişi Sahili millisinin sabiq üzvü son olaraq “Trabzonspor”da çıxış edib.

Qeyd edək ki, ​“Neftçi”nin Limassol “Aris”i ilə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq. 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …