Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İdman / “Neftçi”nin müdafiəçisi: “Qışda komandanı dəyişmək barədə düşünmürəm”

“Neftçi”nin müdafiəçisi: “Qışda komandanı dəyişmək barədə düşünmürəm”

“Neftçi”nin futbolçusu Slavko Braliç evdə “Sabah” komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra brifinq keçirib.

“Report” xəbər verir ki, xorvatiyalı müdafiəçi qırmızı vərəqəyə səbəb olan epizodlardan da danışıb…

– Oyun haqqında fikirlərin necədir?

– Bu gün biz öz oyunumuzu və gücümüzü göstərdik. Layiq olduğumuz 3 xalı qazandıq və istəyimizə nail olduq.

– Komandadakı sabitliyi qorumaq üçün nə lazımdır?

– Lider qismində qalmaq istəyiriksə, təkcə “Qarabağ”ı yox, bütün rəqibləri düşünməliyik. Hər bir oyunu düşünüb matçlara ciddi hazırlaşmalıyıq.

– Bu gün iki sadə epizodda sarı vərəqə aldın. Bu, oyun praktikasının az olması ilə bağlıdır, yoxsa…?

– Düşünürəm ki, ikinci epizodda sarı vərəqəlik heç nə yox idi. Amma əlbəttə, daha çox oyun vaxtı əldə etmək istəyirəm.

– Komandada yetərincə müdafiəçi var. Qışda komandanı tərk etməyi düşünürsünüzmü?

– Qışda komandanı dəyişmək haqqında düşünmürım. Çalışıram ki, hər məşqdə daha yaxşı iştirak edib baş məşqçinin rəğbətini qazanım və komandadakı yerimi möhkəmləndirim.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …