Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İdman / “Neftçi”nin legioneri: “Azərbaycanda müqavilə imzalamaq pasportuma görə çətin oldu”

“Neftçi”nin legioneri: “Azərbaycanda müqavilə imzalamaq pasportuma görə çətin oldu”

“Visla Krakovda çıxış edərkən “Volfsburq”la yoldaşlıq görüşündə qol vurduqdan sonra Almaniya təmsilçisinin nümayəndələri mənim klubumla əlaqə saxladılar”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Donald Gerye “Haiti-Tempo” nəşrinə açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, həmin an yalnız Haiti pasportuna sahib olması onda çatışmazlıq yaradıb. “Azərbaycanda ilk dəfə müqavilə imzalamağım, mənim üçün bir qədər əvvəl dediyim səbəbdən də çətin oldu. Pasport məsələsi işimi asanlaşdırmadı”.

Haiti millisinin şərəfini qoruyan oyunçu son olaraq ölkəsinin məşqçilərinə müraciət edib: “Milliyə çağırılan futbolçuların diplomatik pasporta sahib olmasına icazə verin, bu, onların xaricdə oynamasını asanlaşdıracaq”.

Qeyd edək ki, Donald Gerye 2017 – 2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. O, 2019-cu ilin sentyabrından “Neftçi”də çıxış edir.

Həmçinin oxuyun

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək …